"Ədəbə yaraşmayan, insanı aşağılayan sözdür..." -
    • 7-07-2020, 13:19
    • 866

"Ədəbə yaraşmayan, insanı aşağılayan sözdür..." - "QOYUN" QALMAQALI BÖYÜYÜR

"Əslində mən orda olmamalıydım, amma yenə də namizədlərin siyahısında yer aldım. Bizim indi mükafat davasını aparacağımız vaxt deyil. Camaatın vəziyyəti yaxşı deyil. Ümumiyyətlə, bu söhbətin heç yeri yoxdur".

Bu sözləri müğənni Elçin Çəfərov News24.az-a Səidə Sultanın "Altın kelebek" mükafatında nominantlar arasında olanlara ünvanlandırdığı "qoyun" ifadəsinə cavab olaraq olaraq deyib.

O, Səidə Sultanın sözlərinə münasibətində bunları əlavə edib: "Düzdür, Səidənin xətrini çox istəyirəm, dostumuzdur, amma hesab edirəm ki, o, düşünmədən belə bir söz yazıb. Ədəbə yaraşmayan sözdür. İnsana heyvan deyə müraciət edib, aşağılamazlar. Hələ də bu sənin həmkarındırsa".

Sevda Bayramova