İş icazəsi ilə İsmayıllıya istirahətə gələnlər barəsində tədbir görüldü
    • 7-07-2020, 15:41
    • 874

İş icazəsi ilə İsmayıllıya istirahətə gələnlər barəsində tədbir görüldü

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Bakı şəhərindən, eləcə də sərtləşdirilmiş karantin rejimi elan olunan digər  rayonlardan icazələri olmadan, qaydaları pozaraq istirahətə gələn şəxslərin müəyyən edilməsi məqsədilə tədbirlər davam etdirilir. 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan News24.az-a verilən məlumata görə,  Dövlət Yol Polisi bölməsinin  əməkdaşları tərəfindən keçirilən reyd zamanı icazə müddəti başa çatmış və iş üçün icazələri olub, ancaq istirahət məqsədilə rayona gələn şəxslər müəyyən edilib. 

Polis əməkdaşları tərəfindən həmin şəxslər barəsində inzibati tənbeh tədbirləri görülüb. 

Bu istiqamətdə tədbirlər davam etdiriləcək.