SON DƏQİQƏ: Daha iki rayonda sərtləşdirilmiş xüsusi karantin rejimi TƏTBİQ EDİLƏCƏK
    • 8-07-2020, 18:45
    • 1 016

SON DƏQİQƏ: Daha iki rayonda sərtləşdirilmiş xüsusi karantin rejimi TƏTBİQ EDİLƏCƏK

Azərbaycanın bəzi şəhər və rayonlarında tətbiq olunan sərt karantin rejimi daha iki rayona şamil olunacaq. 

News24.az-ın məlumatına görə, bununla bağlı Nazirlər Kabineti “Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir, Goranboy, Göygöl şəhərlərinin və Abşeron, Bərdə, Samux, Siyəzən, Şəki, Xaçmaz rayonlarının ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” qərarına dəyişiklik edib. Siyahıya Goranboy və Göygöl rayonları da əlavə olunub. 

Qüvvədə olan qərara əsasən, yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir, Goranboy, Göygöl şəhərlərinin və Abşeron, Bərdə, Samux, Siyəzən, Şəki, Xaçmaz rayonlarının ərazisində 2020-ci il 21 iyun saat 00:00-dan 20 iyul saat 06:00-dək məhdudiyyətlər tətbiq edilib. Dəyişikliyə əsasən, artıq sərtləşdirilmiş xüsusi karantin rejimi yalnız Goranboy və Göygöl şəhərlərində deyil, ümumən bu rayonlarda tətbiq olunacaq. 

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı bu gündən qüvvəyə minir.