30 qəpiklik maskanın gücünə inanmayanların nəzərinə! - BU DA TƏSDİQ
    • 9-07-2020, 13:52
    • 1 476

30 qəpiklik maskanın gücünə inanmayanların nəzərinə! - BU DA TƏSDİQ

Pandemiya zamanı yüksək tələbatın olduğu maskalarla bağlı maraqlı açıqlama edilib.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, araşdırma zamanı evdə adi parçalardan hazırlanan maskaların virusdan qoruma faizi sırıfa bərabərdir.

Həmçinin son zamanlar çox insanın istifadə etdiyi fiber və qubka materialdan hazırlanan maskaların da virusdan qorumadığı bəlli olub. 

Karbon filtirli maskalar insanı cəmi 10 faiz qorumaq gücünə malikdir. 

Araşdırma zamanı ortaya çıxan ən maraqlı fakt isə ölkəmizdə 0,30 qəpiyə satılan tibbi maska ilə bağlıdır. Sən demə həmin maskalara virus və bakteriyalardan 95 faiz qoruya bilirlər. 

FFP1 maskaları da həmçinin 95 faizlik qoruma gücündədirlər. 

KN95 maskaları isə ən güclü qoruyucu sayılır. Beləki sözügedən maskalar virusdan 95 faiz, bakteriya və tüstüdən isə 100 faizlik qoruyur.