Axtarışda olan merin MEYİTİ TAPILDI - YENİLƏNDİ
    • 9-07-2020, 16:03
    • 509

Axtarışda olan merin MEYİTİ TAPILDI - YENİLƏNDİ

İtkin düşən Seulun meri Pak Von Songun meyiti tapılıb.

News24.az xəbər verir ki, bu barədə CGTN telekanalı məlumat yayıb. 

Qeyd edək ki, Pak Von Songun itkin düşməsi barədə onun qızı məlumat verib. 

***15:00
Cənubi Koreyada polis Seulun meri Pak Von Songu axtarır. 

News24.az “Renhap” agentliyinə istinadən xəbər verir ki, merin itkin düşməsi ilə bağlı polisə onun qızı məlumat verib.

Merin qızının dediyinə görə, o, evdən çıxan zaman vəsiyyətə bənzər sözlər deyib və hazırda onun telefonu söndürülüb.

Siyasətçinin axtarışına dronlar və polis itləri cəlb edilib.