Bu gün müəllimliyə namizədlər üçün onlayn müsahibə keçiriləcək
    • 10-07-2020, 09:13
    • 362

Bu gün müəllimliyə namizədlər üçün onlayn müsahibə keçiriləcək

Bu gün dövlət ümumi təhsil müəssisələrində müddətli əmək müqaviləsi ilə çalışan, ötən müsahibələr zamanı iştirakını təsdiq etməyən 64 namizəd üçün onlayn müsahibələr keçiriləcək. 

Təhsil Nazirliyindən News24.az verilən məlumata görə, namizədlərin onlayn müsahibədə iştiraklarını təsdiqləmələri ilə bağlı qeydiyyat prosesi 8 iyul saat 23:59-da başa çatıb.

Namizədlərin şəxsi səhifələrinə müsahibənin keçirilmə tarixi və saatı barədə artıq məlumat göndərilib.