-
- 1-05-2020, 15:22
- 714
Bölgələrdə müddətli çalışan müəllimlərlə müsahibələr keçiriləcək
Bu gün Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrində müddətli əmək müqaviləsi əsasında işləyən müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması məqsədilə onlayn müsahibələrə qeydiyyat yekunlaşır.
Təhsil Nazirliyindən News24.az-a verilən məlumata görə, aprelin 29-dan qeyd olunan kontingentin şəxsi səhifələrinə müsahibədə iştiraklarını təsdiqləmələri barədə məlumat yerləşdirilib.
Bakı şəhəri üzrə son qeydiyyat tarixi bu gün saat 24:00-dır. Artıq Bakı şəhəri üzrə namizədlərin 90 faizi onlayn müsahibələrdə iştirakını təsdiqləyib. Mayın 2-də namizədlərin şəxsi səhifəsinə müsahibənin keçirilmə tarixi barədə məlumat göndəriləcək.
Mayın 4-dən isə onlayn müsahibələrə start veriləcək. İlkin olaraq keçiriləcək müsahibələrdə Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrində müddətli əmək müqaviləsi ilə çalışan müəllimlər iştirak edəcək.
Bu müddət ərzində Nazirliyin "Qaynar xətt"nə daxil olmuş çoxsaylı müraciətləri nəzərə alaraq, bu gün axşam saatlarından etibarən digər şəhər və rayonlar üzrə müddətli əmək müqaviləsi ilə çalışan müəllimlərin şəxsi səhifələrinə də onlayn müsahibələrdə iştiraklarına şərait yaradılması məqsədilə məlumat göndəriləcək.
Namizədlər şəxsi səhifələrinə daxil olaraq təlimatla tanış olmalı, əlavə edilmiş hissəyə elektron ünvan daxil etməli və 7 may saat 24:00-dək müsahibədə iştiraklarını təsdiq etməlidirlər.