Məşhur aktrisa göldə batdı
    • 10-07-2020, 09:37
    • 520

Məşhur aktrisa göldə batdı

"Glee" serialının aktrisası göldə batıb. 

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, 33 yaşlı Naya Rivera iyulun 8-də qayıq kirayələyərək oğlu ilə göldə gəzintiyə çıxıb. Bir müddət sonra isə ondan xəbər almaq mümkün olmayıb. 

Qayığın sahibi 4 yaşlı uşağı qayıqda yatan vəziyyətdə aşkar edib. Aktrisanın oğlu anasının göldə üzdüyünü və geri qayıtmadığını deyib. 

ABŞ polisi aktrisanın bədbəxt hadisə nəticəsində öldüyünü açıqlayıb. 

N.Riveranın övladı qohumlarına təhvil verilib.