İsmayıllıda qanunsuz fəaliyyət göstərən heyvan kəsimi məntəqələri aşkarlandı
    • 10-07-2020, 16:56
    • 492

İsmayıllıda qanunsuz fəaliyyət göstərən heyvan kəsimi məntəqələri aşkarlandı

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları İsmayıllı Rayon İcra Hakimiyyətinin nümayəndələri ilə birgə İsmayıllı şəhərində qanunsuz heyvan kəsiminə qarşı reyd keçirib.

AQTA-dan News24.az-a verilən məlumata görə, reyd zamanı qanunsuz fəaliyyət göstərən heyvan kəsimi məntəqələri aşkarlanıb. Həmin obyektlərin sahiblərinə fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun olaraq qurmaları, heyvan kəsimini mərkəzləşdirilmiş, müasir kəsim məntəqələrində həyata keçirmələri barədə göstərişlər verilib. 

Qanunsuz fəaliyyət göstərən heyvan kəsimi məntəqələrində istifadə olunan dəmir konstruksiyalı qurğular yerli icra orqanının əməkdaşları tərəfindən ləğv edilib.