AQTA və DİN qanunsuz heyvan kəsimi yerlərində reyd keçiridi
    • 31-01-2020, 17:27
    • 997

AQTA və DİN qanunsuz heyvan kəsimi yerlərində reyd keçiridi

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları bu dəfə Daxili İşlər Nazirliyinin əməkdaşları və yerli icra hakimiyyəti orqanlarının nümayəndələri ilə birgə Qaradağ rayonu, Lökbatan qəsəbəsində və Xətai rayonunda qanunsuz fəaliyyət göstərən heyvan kəsimi yerlərində reyd keçirib.

AQTA-dan News24.az-a verilən məlumata görə, verilən məlumata görə, reyd zamanı müəyyən edilib ki, həmin ünvanlarda fəaliyyət göstərən qanunsuz heyvan kəsimi yerlərində heyvan kəsimi və ət satışı antisanitar şəraitdə və baytarlıq ekspertizası aparılmadan həyata keçirilir. 
Bununla əlaqədar olaraq qeyri-qanuni fəaliyyət göstərən kəsim yerlərində qanunsuz heyvan kəsimində istifadə olunan dəmir qurğular yerli icra orqanlarının əməkdaşları tərəfindən ləğv edilib. Agentlik əməkdaşları tərəfindən kəsimlə məşğul olan şəxslərə öz fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun qurmaq və heyvan kəsimini mərkəzləşdirilmiş, müasir kəsim məntəqələrində həyata keçirmək barədə göstəriş verilib.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində daim ən sərt tədbirlər həyata keçirəcəkdir.