“Həbslərlə bağlı çox təəssüflənirəm” - Elmar Məmmədyarov
    • 10-07-2020, 17:11
    • 897

“Həbslərlə bağlı çox təəssüflənirəm” - Elmar Məmmədyarov

Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizlik Xidmətinin iyulun 3-də XİN-də keçirdiyi əməliyyat nəticəsində qurumun üç vəzifəli şəxsi həbs olunub. Bu gün yayılan mlumata görə isə nazirliyin daha 2 əməkdaşı saxlanılıb. 

News24.az-a xəbər verir ki, Unikal.org-a açıqlama verən Xarici İşlər naziri Elmar Məmmədyarov baş verənlərə təəssüfləndiyini bildirib: “Bu haqda danışmaq istəmirəm, çünki istintaq sirridir. Mənim açıqlamam istintaqın gedişinə təsir edə bilər. Həbslərə gəlincə çox təəssüflənirəm. İstefa verəcəyimlə bağlı deyilənlərə şərh vermək fikrim yoxdur”.