-
- 30-09-2019, 19:31
- 1 242
“Gedənin dalınca danışmazlar” – Rafael Cəbrayılovun istefasına HƏMKARLARINDAN REAKSİYA
Tutduğu əmələ görə öz istəyi ilə istefa verib. Bu, istefa mədəniyyətinin göstəricisidir”.
Bu sözləri News24.az-a borca görə Milli Məclisin deputat vəsiqəsini girov qoyan Rafael Cəbrayılovun mandatdan imtinası ilə bağlı açıqlama verən millət vəkili Fazil Mustafa deyib.
Onun sözlərinə görə, sabiq deputatın bu addımı normal qəbul olunmalıdır: “Dünyada deputatların istefa verməsi halları olur. Ona görə də, bu olay müsbət qarşılanmalıdır. Deputat öz əməlinə görə məsuliyəti dərk edərək, ictimai rəylərlə hesablaşaraq bu addımı atıb”.
Millət vəkili Jalə Əliyeva keçmiş həmkarının bu addımı öz iradəsi ilə atdığını vurğulayıb: “Bu onun iradəsidir. Biz nə deyə bilərik ki?! Onun seçimi belədir. Bu məsələ haqda başqa şərh vermək istəmirəm”.
Aqil Abbas isə eks həmkarının mandatdan imtinasına belə rəy bildirib: “Buna kimin münasibəti yaxşı ola bilər ki? 40-45 min adamın sənə etimad göstərdiyi mandatdır. Onu girov qoymaq, əlbəttə, xoşagəlməz hadisədir. Rafael Cəbraılov da bunu anladığı üçün deputatlıqdan istefa verdi”.
Millət vəkili Musa Quliyev isə bu məsələyə qısa şərh verdi: “Bu haqda danışmağa ehtiyac yoxdur. İstefa verib, gedib. Başqa nə deyə bilərik ki... Gedənin dalınca danışmazlar”.
Teymur Məmmədov