Kürdəmirdə ata 35 yaşlı oğlunu güllələyib öldürdü
    • 12-07-2020, 10:20
    • 762

Kürdəmirdə ata 35 yaşlı oğlunu güllələyib öldürdü

Kürdəmirdə ata oğulu güllələyərək öldürüb.

News24.az xəbər verir ki, hadisə rayonun Xırdapay kəndində baş verib.

Xırdapay kənd sakini, 1959-cu il təvəllüdlü Məzahir Heybət oğlu Şəmiyev aralarında baş vermiş münaqişə zəminində oğlu, 1985-ci il təvəllüdlü  Elkən Şəmiyevi ov tüfəngi ilə güllələyərək öldürüb.

Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır. /APA/