117 ildir yanan lampa - Cinnesin "Rekordlar" kitabında
    • 10-07-2018, 23:30
    • 2 033

117 ildir yanan lampa - Cinnesin "Rekordlar" kitabında

Kaliforniyada 4 Vatt gücündə olan bu lampa 117 ildir ki,  müntəzəm olaraq yanır. 

News24.az xəbər veriri ki, Lampanı istehsal edən "Shelby Electric Company" yarandığı gündən 10 il sonra müflis olub. Buna baxmayaraq bu məhsul özünü uzun illərdir ki, doğruldur. 

Yanğınsöndürmə stansiyasında olan bu lampa 117 il ərzində cəmi 3 dəfə qısa müddət ərzində söndürülüb. 

Xatırladaq ki, bu lampa Ginnesin "Rekordlar" siyahısına düşüb. 
 
Lampa tam söndükdən, yəni istifadəyə yararsız hala düşdükdən  sonra "Ripli" muzeyində nümayiş etdiriləcək.