“6 aylıq oğlunu heç 15 gün qucağına ala bilmədi” - Şəhidin atası
    • 13-07-2020, 16:12
    • 1 007

“6 aylıq oğlunu heç 15 gün qucağına ala bilmədi” - Şəhidin atası

Ötən gün Tovuz istiqamətində şəhid olan baş əsgər Elşad Məmmədovun atası oğlu ilə bağlı danışıb.

News24.az-ın məlumatına görə, şəhidin atası Dönməz Məmmədov dəfn mərasimində bildirib ki, oğlu Vətən yolunda şəhid olub: “Gənclər mənim oğlum kimi qoçaq olsunlar. Mədəni, mərifətli olsunlar. Dığa-duğanın qabağından da qaçmasınlar.
 
Oğlum hamıdan hündür, güclü bir oğlan idi. Ondan yadigar 6 aylıq oğul övladı qalıb. O, heç cəmi 15 gün oğlunu görüb qucağına ala bilmədi. Bütün şəhidlərimizə Allah rəhmət eləsin”. /Qafqazinfo/