-
- 3-10-2018, 18:45
- 963
“Azərsu” leysan yağışlarına hazırdır? - AÇIQLAMA
Bakıda bir müddət əvvəl yağan leysan yağışları nəticəsində yaranan problem aradan qaldırılır.
Bunu “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı bildirib.
Onun sözlərinə görə, Bakıda yağan leysan xarakterli yağışlar nəticəsində bir sıra problemlər yaranıb:
“Yağış yollarda, tikinti meydançalarında olan qum, palçıq və bir sıra məişət tullantılarını sularla birgə bizim xətlərə və kollektorlara gətirib. Artıq güclü yağış yağan gündən başlayaraq, həm Bakı Su-Kanal İdarəsi, həm də Rayon Su-Kanal İdarələri xətlərin yuyulması ilə məşğuldurlar.
Gecə saatlarında şəhərin mərkəzi küçələrində, gündüzlər isə isə ətraf ərazilər - Babək, Nəcəfqulu Rəfiyev, Xətai prospekti və digər istiqamətdə işlər davam etdirilir. Bakı Su-Kanal İdarəsi iri diametrli kollektorların yuyulması, Rayon Su- Kanal İdarəsi isə kanalizasiya baxış quyularının təmizlənməsi və yuyulması işlərini həyata keçirir”.
Anar Cəbrayıllı bildirib ki, ASC xüsusi texnikalardan istifadə edir ki, xətlər yüksək təzyiqlə yuyulsun və məişət tullantıları təmizlənsin:
“2012-2014-cu illərdə gördüyümüz işlər nəticəsində elə kollektorlar var idi ki, onların tam ötürücülük qabiliyyəti 30-40 faziə düşmüşdü. Gördüyümüz işlər nəticəsində tam ötürücülük qabiliyyətini bərpa etdik”.
ASC rəsmisi qeyd edib ki, hər il yağış barmaqlıqları yuyulur ki, güclü yağışlar zamanı tam gücü ilə işləsin.
//oxu.az