-
- 16-07-2020, 18:33
- 1 443
"Əgər bir şəhid anası ağlayacaqsa, o mənimki olsun" - Azərbaycan gəncləri könüllü döyüşə yazılır - VİDEOREPORTAJ
Vətən hər birimizin anasıdır. Azərbaycan vətəndaşları olaraq, bunu dərk edir və məqamı gəldikdə Vətən üçün canımızdan keçməyə hazırıq.
Elə bir neçə gün öncə “Orduya dəstək” adlı yürüşdə də bunun şahidi olduq.
Ölkə üzrə baş tutan yürüşlərdə yaşından asılı olmayaraq, hər kəs Qarabağ uğrunda döyüşmək və canından keçəməyə hazır olması barədə şüarlar səsləndiridilər.
Ötən gün isə Prezident, Ali Baş Komandan İlham Əliyev Şəhidlər Xiyabanına toplaşan və döyüşlərdə könüllü iştirak etmək istəyən hər kəsə səslənərək, “Qarabağda vuruşmaq istəyirəm” deyənlər hamısı gedib öz anket məlumatını Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə versinlər" dedi.
Dövlət başçısının bu çıxışından sonra minlərlə gənc Səfərbəlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə gələrək könüllü şəkildə döyüşlərdə iştirak etmək üçün müraciət edirlər.
News24.az orduya könüllü yazılmaq istəyən gənclərlə bağlı reportajı təqdim edir:
Teymur Məmmədov
Video: Fərid Şabanov