Sabah küçələrdə geniş dezinfeksiya işləri APARILACAQ
    • 17-07-2020, 09:30
    • 432

Sabah küçələrdə geniş dezinfeksiya işləri APARILACAQ

Sabah, iyulun 18-i səhər saatlarından etibarən şəhərin mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

Bu barədə News24.az-a paytaxtın kommunal strukturlarından məlumat verilib. 

Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.