Məhəbbət Vəliyeva təhsil naziri təyin olundu?
    • 17-07-2020, 17:34
    • 1 218

Məhəbbət Vəliyeva təhsil naziri təyin olundu?

Dünən ölkə Prezidenti İlham Əliyev sərəncamı ilə Ceyhun Bayramov Xarici İşlər naziri təyin olunduqdan sonra Təhsil naziri vəzifəsi boş qalıb.

News24.az konkret.az-a istinadən xəbər verir ki, artıq bu vəzifəyə namizəd təsdiq olunub, sadəcə rəsmi sərəncam gözlənilir. Etibarlı mənbənin verdiyi məlumata görə Prezident bu gün Təhsil nazirinin müavini Məhəbbət Vəliyevanı qəbul edib və nazir vəzifəsinə təsdiq edib.
 
Bu məlumatı dəqiqləşdirmək üçün Təhsil Nazirliyinin mətbuat xidmətinə sorğu ilə müraciət etdik. Sorğuya cavab vedrilməyib.