Prezident Adminstrasiyasının Hərbi məsələlər şöbəsinə YENİ TƏYİNAT– EKSKLÜZİV
    • 20-07-2020, 12:36
    • 3 232

Prezident Adminstrasiyasının Hərbi məsələlər şöbəsinə YENİ TƏYİNAT– EKSKLÜZİV

Bakı hərbi prokuroru, ədliyyə polkovniki Rzayev İlyas Ramiz oğlu vəzifəsindən azad edilib. 

News24.az-ın əldə etdiyi məlumata görə, o, Prezident Adminstrasiyasının Hərbi məsələlər şöbəsinin sektor müdiri vəzifəsinə təyin olunub. 
Hazırda Bakı hərbi prokuroru vəzifəsini isə müavin Samir Əzimzadə icra edir. 

Qeyd edək ki, Rzayev İlyas Bakı Dövlət Universitetinin hüquq fakültəsinin bakalavr və magistr təhsil pillələrini fərqlənmə diplomları ilə bitirib.
2005-ci ildən prokurorluq orqanlarına qulluğa qəbul edilərək, ərazi hərbi prokurorluqlarında müstəntiq, böyük müstəntiq, Hərbi Prokurorluğun Hərbi prokurorluqlarda istintaqa nəzarət və Dövlət ittihamının müdafiəsi üzrə şöbələrinin prokuroru, Azərbaycan Respublikası Hərbi Prokurorunun köməkçisi, böyük köməkçisi, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Silahlı Qüvvələrin təhqiqat orqanları və əsgər dustaqxanalarında qanunların icrasına nəzarət şöbəsinin rəisi vəzifələrində qulluq keçib. İ.Rzayev prokurorluq orqanlarında qulluq keçdiyi müddətdə dəfələrlə mükafatlandırılıb. 
Ailəlidir, iki oğul və bir qız övladı var.