-
- 20-07-2020, 16:06
- 689
DİQQƏT: Havanın temperaturu 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında bir neçə gün davam edən isti hava şəraitindən sonra iyulun 21-i axşamdan 23-dək havanın qeyri-sabit keçəcəyi, şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, yarımadanın bəzi yerlərində 28-30 m/s-dək güclənəcəyi, gecə və səhər saatlarında yağış yağacağı gözlənilir.
News24.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında bir neçə gün davam edən isti hava şəraitindən sonra iyulun 21-i axşamdan 23-dək havanın qeyri-sabit keçəcəyi, şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, yarımadanın bəzi yerlərində 28-30 m/s-dək güclənəcəyi, gecə və səhər saatlarında yağış yağacağı gözlənilir.
Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə aşağı enəcək.
Azərbaycanın rayonlarında bir neçə gün davam edən isti hava şəraitindən sonra iyulun 21-i axşam şimal və qərb rayonlarından başlayaraq 25-dək ölkə ərazisində havanın qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı, əsasən şimal və qərb rayonlarında leysan xarakterli intensiv və güclü olacağı, dolu duşəcəyi gözlənilir. Qərb küləyi 15-20 m/s, iyulun 21-də gündüz və 22-də ayrı-ayrı yerlərdə arabir 25-30 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.