Azərbaycanda daha bir həkim koronavirusdan vəfat etdi
    • 20-07-2020, 16:44
    • 834

Azərbaycanda daha bir həkim koronavirusdan vəfat etdi

Azərbaycanda daha bir həkim koronavirusdan vəfat edib.

News24.az xəbər verir ki, Cəlilabad rayonu, Qarazəncir kənd həkim məntəqə müdiri Pirverdi Hümbətov bu gün vəfat edib.

Qeyd edək ki, P.Hümbətov Cəlilabad rayon Mərkəzi Xəstəxanasında müalicə olunurmuş. Bu gün o, “Yeni Klinika”ya köçürülən zaman yolda vəfat edib. /APA/