Səbinə ermənilər tərəfindən DÖYÜLDÜ - FOTO
    • 22-07-2020, 13:08
    • 1 794

Səbinə ermənilər tərəfindən DÖYÜLDÜ - FOTO

Xəbər verdiyimiz kimi ABŞ-da erməni yalanlarına qarşı növbəti etiraz aksiyası təşkil olunub. Los Ancelesdə yaşayan erməni daşnakları 21 iyul 2020-ci il tarixində Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun binasını əhatəyə alaraq ölkəmizə qarşı aqressiv və təxribatçı şüarlarla etiraz aksiyası keçiriblər.

News24.az
xəbər verir ki, Amerikada yaşayan həmyerlimiz, müğənni Səbinə Əsgərova "İnstagram"da askiya ilə bağlı paylaşım edərək bunları yazıb: "Əlli nəfər biz, beş min onlar. Özləri kimi ikinci şərəfsiz millət yoxdur. Uşaqların telefonlarını da oğurladılar. Buzlu su olan butulkalar gətirmişdilər, başımıza atırdılar, əclaflar. Düzü polis onlara bizi blokadaya almağa şərait yaratdı. Bəzilərinin üstündə silah da var idi. Düzdü, buzlu butulkanın biri başıma dəydi. Şükür ölüm yaxud polisə düşən yoxdur".

Sevda Bayramova