Ayasofyada Ərdoğanın da iştirakı ilə 86 ildən sonra İLK NAMAZ QILINIR - YENİLƏNDİ 2 - CANLI YAYIM
    • 24-07-2020, 14:45
    • 724

Ayasofyada Ərdoğanın da iştirakı ilə 86 ildən sonra İLK NAMAZ QILINIR - YENİLƏNDİ 2 - CANLI YAYIM

Hazırda Ayasofyada 86 ildən sonra ilk dəfə namaz qılınır.

News24.az xəbər verir ki, namaza Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Bahçeli və daha 1500 nəfər qatılıb.

***13:48
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ayasofya məscid-müzeyinə gəlib.

News24.az
xəbər verir ki, dövlət başçısı Ayasofyada cümə namazı qılacaq. 

***12:18
Bu gün Ayasofyada 86 ildən sonra ilk dəfə namaz qılınacaq.

News24.az
xəbər verir ki, iyulun 10-da Türkiyədə Ayasofyanın muzeyə çevrilməsi ilə bağlı Nazirlər Kabinetinin 1934-cü ildə qəbul etdiyi qərarı ləğv edib.

Elə 10 iyul tarixində də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ayasofyanın məscidə çevrilməsi haqqında fərman imzalayıb.

Namaza Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Bahçeli və daha 1500 nəfər qatılacaq. 

Ayasofyaya 736 tibb işçisi, 1 tibbi helikopter, 101 təcili tibbi yardım maşını cəlb ediləcək.

Məscidə 20 ton gül suyu göndərilib.