Ərdoğan Aya Sofyanın məscidə çevrilmə qərarını təsdiqlədi -
    • 10-07-2020, 18:38
    • 863

Ərdoğan Aya Sofyanın məscidə çevrilmə qərarını təsdiqlədi -

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Aya Sofya məbədinin muzeydən məscidə çevrilməsi ilə bağlı məhkəmənin qərarını təsdiqləyib.

News24.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə bu barədə Prezident Administrasiyası məlumat yayıb.

Aya Sofyanın Türkiyə Diyanət İşləri Nazirliyinin balansına verilməklə ibadətə açılmasına qərar verilib.

Qeyd edək ki, bu gün yerli vaxtla 20:53-də prezident Rəcəb Tayyib Ərdoğan Aya Sofyadan xalqa səslənəcək.