3 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olundu
    • 24-07-2020, 15:48
    • 631

3 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olundu

Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən növbəti buraxılış (qəbul) imtahanları keçirilib.

DİM-dən News24.az-a verilən məlumata görə, Mərkəz tərəfindən pandemiya şəraitinin tələblərinə əsasən iştirakçıların yalnız tibbi maska ilə imtahan binasına daxil olmasına icazə verilib. Buraxılış rejimi yeni qaydalara uyğun şəkildə tənzimlənib, imtahan heyəti müvafiq qoruyucu vasitələrlə (xüsusi geyim, əlcək, üz sipəri, tibbi maska) təmin olunub.

İlkin məlumatlara əsasən 3 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub.