-
- 24-07-2020, 16:05
- 1 733
Bu il ödənilən pensiya, müavinət və təqaüdlərin məbləği AÇIQLANDI
2020-ci ilin 6 ayında pensiya, müavinət, təqaüd, ünvanlı sosial yardım və birdəfəlik ödəmə formasında ötən ilin müvafiq dövrünə nisbətən 860 mln manat və ya 40 faiz çox olmaqla, ümumilikdə 3 mlrd 59 mln manat vəsait ödənilib.
News24.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov bildirib.
Onun sözlərinə görə, bu, ötən 6 ayın hər ayı üzrə 510 milyon manat, hər günü üzrə 17 milyon manat, hər saatı üzrə 710 min manat vəsait ödənişi deməkdir.