Timati "Black Star"dan getdi
    • 27-07-2020, 14:53
    • 1 960

Timati "Black Star"dan getdi

Timati ləqəbli Timur Yunusov illərdir birgə fəaliyyət göstərdiyi "Black Star" brendini tərk edib.

News24.az RİA-ya istinadən xəbər verir ki, Timati bu qərarın düşünülmüş olduğunu deyib. O bildirib ki, hazırda İlon Mask konsepsiyası ona daha yaxındır. 

Reper tərəfdaşlarına təşəkkür edərək vurğulayıb ki, o, hazırda bir çox brendlərə sahib olan müstəqil agentdir. 

Qeyd edək ki, Timati "Black Star" brendindən ayrılsa da bir çox layihələrin idarəetməsini özündə saxlayıb.