ÜST təcili iclas keçirəcək - YOLUXMALARIN SAYI 2 DƏFƏ ARTIB
    • 27-07-2020, 15:02
    • 919

ÜST təcili iclas keçirəcək - YOLUXMALARIN SAYI 2 DƏFƏ ARTIB

"Dünyada yeni koronavirusun yaratdığı pandemiya güclənir. Son altı həftə ərzində yoluxmaların sayı demək olar ki, iki dəfə artaraq 16 milyona yaxınlaşıb. Ölənlərin sayı 640 min nəfəri keçib".

News24.az TASS-a istinadən xəbər verir ki, bu barədə Cenevrədə təşkil edilən brifinqdə ÜST Baş Direktoru Tedros Adanom açıqlama verib. ÜST rəhbəri, Ümumdünya Səhiyyə Təşkilatının bu həftə yeni koronavirus pandemiyasını qiymətləndirmək üçün təcili komitə iclası çağıracağını deyib.