"Azərbaycandakı qardaşlarımızın işğal altındakı torpaqlarını qaytar səylərini dəstəkləyirik" - Ərdoğan
    • 28-07-2020, 18:26
    • 576

"Azərbaycandakı qardaşlarımızın işğal altındakı torpaqlarını qaytar səylərini dəstəkləyirik" - Ərdoğan

"Türkiyə olaraq mədəniyyətimizdən aldığımız ilhamla haqqlarımız, həqiqət, ədalət və barış mübarizəmizdə davamlı irəliləməyə qərarlıyıq".

News24.az xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Sümela Monastırının 2-ci mərhələ açılış mərasiminə və Trabzon Ayasofya Məscidində bərpa sonrası açılış mərasiminə canlı bağlantı ilə qatıldığı zaman deyib:"Suriyadakı məzlumların fəryadına biganə qalmadığımız kimi, Liviyadakı ölkənin qanuni rəhbərliyinin əməkdaşlıq çağırışını da cavabsız qoymadıq. Azərbaycandakı qardaşlarımızın da işğal altındakı torpaqlarını xilas etmək səylərini dəstəkləyirik".

R.T.Ərdoğan bildirib ki, bütün mübarizələr istənilən kimi başa çatmaya bilər, amma döyüşməyənlər əvvəldən uduzdular:"Bu gün özümüz və dostlarımız üçün hər hansı bir sahədə hər cür mübarizə verməkdən çəkinməyəcəyik".