-
- 29-07-2020, 11:30
- 538
Ötən il Azərbaycanda şəkərli diabetdən 1 346 nəfər ölüb
Ötən il Azərbaycanda şəkərli diabet diaqnozu ilə ilk dəfə 27 157 nəfər qeydə alınıb.
News24.az APA-ya istinadən xəbər verir ki, onlardan 11 965 nəfəri kişi, 15 192 nəfərini isə qadınlar təşkil edib. Qeydiyyata alınmış xəstələrdən 173-ü 0-13 yaş qrupuna, 119-u 14-17 yaş qrupuna, 360-ı 18-29 yaş qrupuna, 26 505-i isə 30 və yuxarı yaş qrupuna aiddir.
Bildirilib ki, ümumi saydan insulindən asılı şəkərli diabet xəstələrin sayı 1 265 nəfərdir. Onlardan 169-u 0-13 yaş aralığına, 102-si 14-17 yaş aralığına, 162-si 18-29 yaş aralığına, 832-si 30 və yuxarı yaş aralığına aiddir.
Qeyd olunub ki, tibb müəssisələrində şəkərli diabet diaqnozu ilə qeydiyyatda olan xəstələrin sayı, ilin sonuna 272 842 nəfər olub. Onlardan 123 120 nəfərini kişi, 149 722 nəfərini isə qadınlar təşkil edib.
Tibb müəssisələrində qeydiyyatda olan insulindən asılı şəkərli diabet xəstələri isə 30 740 nəfər olub. Onlardan 950 nəfəri 0-13 yaş qrupuna, 833 nəfəri 14-17 yaş qrupuna, 3 507 nəfəri 18-29 yaş, 25 450 nəfəri isə 30 və yuxarı yaş qrupuna aiddir.
2019-cu ildə xəstəxanalarda şəkərli diabetdən müalicə olunanların sayı 16 785 nəfər olub.
Məlumatda bildirilib ki, ötən il şəkərli diabetdən 532-si kişi, 814-ü qadın olmaqla, 1 346 nəfər ölüb. Şəkərli diabetdən ölənlərin sayı digər şəhər və rayonlara nisbətən Bakıda 121 nəfər, Şəmkirdə 81, Masallıda 61, Tovuzda 50 nəfər olmaqla daha çox olub.