-
- 11-07-2018, 10:31
- 1 104
Gəncə hadisələri ilə bağlı əyləncəli səhər verilişlərinin yayımı dayandırıldı
Xəbər verdiyimiz kimi, ötən gün saat 20 radələrində 150-200 nəfərdən ibarət radikal dini yönümlü bir qrup şəxs Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq asayişi kobud şəkildə pozmağa cəhd göstəriblər.
News24.az xəbər verir ki, 2 polisin ölümü ilə nəticələnən ixtişaşlarla bağlı yerli telekanallar əyləncəli səhər proqramlarının yayımını ləğv edib.
Əvəzində isə kanalların bir neçəsində yerli və xarici filmlər, digərlərində isə informasiya xarakterli proqramlar yayımlanır.
Teymur Məmmədov