Türkiyə HHQ-nin nümayəndələri Gəncəyə GƏLDİ - VİDEO
    • 30-07-2020, 14:52
    • 588

Türkiyə HHQ-nin nümayəndələri Gəncəyə GƏLDİ - VİDEO

"TurAz Qartalı-2020” birgə taktiki-uçuş təlimlərində iştirak etmək üçün Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) geniş tərkibdə uçuş və mühəndis-texniki heyəti Gəncə şəhərinə gəlib.

Müdafiə Nazirliyindən News24.az-a verilən məlumata görə, təlimlərə hazırlıq məqsədilə hazırda heyətlərin yerləşdirilməsi, təlimin planlaşdırılması və digər təşkilati məsələlərlə əlaqədar müvafiq tədbirlər həyata keçirilir.