Ölkəmizdə keçirilən “TurAz Qartalı - 2019” birgə taktiki təlimlərində Azərbaycan və Türkiyənin aviasiya vasitələrinin uçuşları keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, təlimlərdə iştirak edən hər iki ölkənin hərbi aviasiyası müştərək fəaliyyətlərinin planlaşdırılması, əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyət, döyüş uzlaşması imkanlarının öyrənilməsi, axtarış-xilasetmə tədbirlərinin icrası, havadan zərbələr endirməklə yer hədəflərinin məhv edilməsi və digər tapşırıqların yerinə yetirilməsi məqsədilə uçuşlar həyata keçirir.

Qeyd edək ki, Pakistan Hərbi Hava Qüvvələrinin nümayəndələri təlimlərdə müşahidəçi qismində iştirak edir.

Video

Fotolar

Teglər: Müdafiə Nazirliyi TurAz Qartalı Təlim Döyüş uçuşu Keçirilir Azərbaycan Türkiyə