SOCAR-da kütləvi ixtisarlar olacaq? - AÇIQLAMA
    • 31-07-2020, 16:58
    • 728

SOCAR-da kütləvi ixtisarlar olacaq? - AÇIQLAMA

Avqustun 5-dən etibarən Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (SOCAR) kütləvi ixtisarların olacağı barədə News24.az-a məlumat daxil olub.

Məlumatda bildirilib ki, kütləvi ixtisarlarla bağlı artıq müəyyəmn siyahı hazırlanıb və sözügedən tarixdən sonra bu proses həyata keçiriləcək.

Məsələ ilə bağlı News24.az-ın sorğusuna cavab olaraq  SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib ki, hazırda SOCAR-da heç bir kütləvi ixtisar planlaşdırılmır: "Qlobal iqtisadi böhrana görə bir çox işçilər boşdayanmaya məruz qalsalar da, SOCAR bu vəziyyətdən çıxış yolunu həmin işçilərin kütləvi ixtisarında yox, onların şirkətdaxili yerdəyişmə və intensiv təlimlər vasitəsi ilə başqa fəaliyyət sahələrinə yönləndirməkdə görür. Bunun üçün şirkət daxilində ayın 5-dən intensiv təlimlərə başlanılacaq. Hər hansı siyahıdan söhbət gedirsə, ehtimal verə bilərəm ki, həmin təlimlərə ilkin və sonrakı mərhələdə cəlb olunacaq işçilərin siyahısından söhbət gedə bilər. Bu cür anlaşılmazlıqların mümkünlüyün qabaqcadan nəzərə alaraq, QHT nümayəndələrinin iştirakı ilə bu yaxınlarda ictimaiyyətə də bu haqda geniş məlumat verdik".

Teymur Məmmədov