-
- 11-07-2018, 10:58
- 1 122
Putin və Trampa görə Helsinkidə yüksək səviyyəli təhülkəsizlik tədbirləri görülür
İyunun 15-17-də Helsinkidə Rusiya və ABŞ prezidentlərinin görüşü keçiriləcək.
News24.az xəbər verir ki, bununla bağlı Finlandiyada yüksək təhülkəsizlik tədbirləri görülüb. Belə ki, pilotsuz uşçuş aparatlarının havaya qaldırılması qadağan ediləcək, hətta telefon xətlərinin işində fasilələr veriləcək. “DNA” və “Elisa” kimi mobil operatorlar iyulun 16-na planlaşdırılan Putin – Tramp görüşü ilə bağlı prezident sarayının yaxınlığındakı baza stansiyalarının işini modernləşdirməli olub.
Hava təhülkəsizliyinin təmin edilməsi məqsədi ilə bütün uçuşlar qadağan olunacaq.
"Ölkədə iki derjavanın rəhbərinin qonaq edilməsi böyük məsuliyyətdir və yüksək təhlükəsizliyin təmin edilməsi birinci dərəcəli məsələdir",- deyə Finlandiyanın Daxili İşlər Nazirliyinin bəyanatında bildirib.
İlhamə