Tramp: Mən digər prezidentlərin edə bilmədiklərini bacardım
    • 4-08-2020, 11:25
    • 573

Tramp: Mən digər prezidentlərin edə bilmədiklərini bacardım



Biz İŞİD-i 100 faiz məhv etdik, Süleymanini, əl-Bağdadini zərərsizləşdirdik.


News24.az xəbər verir ki,  bunu ölkə Prezidenti Donald Tramp öz müsahibəsində deyib.

O, fəaliyyəti dönəmində digər ABŞ prezidentlərinin bacara bilmədiklərini həyata keçirdiyini bildirib:

“Mən digər prezidentlərin edə bilmədiyini etdim. Onlar, ümumiyyətlə Yaxın Şərqə gəlməməli idilər. Yaxın Şərqə qoşun göndərmək və bu regionun işlərinə müdaxilə etmək qərarı ölkəmizin tarixinin ən böyük səhvidir”.