-
- 28-11-2018, 11:05
- 779
Donald Tramp: "ABŞ Yaxın Şərqdən qoşunlarını çıxara bilər"
Prezident Donald Tramp neftin qiyməti azaldıqca ABŞ qoşunlarını Yaxın Şərqdən çıxarmağın mümkünlüyünü nəzərdən keçirir.
Bu barədə ABŞ Prezidenti "The Washington Post"a müsahibəsində bildirib.
"Neft artıq ABŞ qoşunlarının Yaxın Şərqdəki varlığında getdikcə daha kiçik səbəbə çevrilir. Çünki hazırda hər zamankından daha çox neft hasil edirik. Amma bilirsiniz, qəfildən elə an gəlir ki, artıq orada qalmağa lüzum olmur", - D.Tramp deyib.
Onun sözlərinə görə, ABŞ-ın Yaxın Şərqdə qalmasının səbəblərindən biri də tərəfdaşı İsrailin maraqlarını müdafiə etməkdir.
Xatırladaq ki, ABŞ qoşunları 2003-cü ildən İraqda əməliyyatlar aparır, 2014-cü ildən etibarən isə Suriyaya göndərilib.
//Report