-
- 5-08-2020, 17:04
- 897
Qəbələdəki ərazi məişət tullantılarından təmizlənir
Qəbələ rayonu Vəndam qəsəbəsi ərazisində tullantıların çay kənarına atılması barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan şikayət yerində araşdırılıb.
Nazirlikdən News24.az-a verilən məlumata görə, araşdırma zamanı Vəndam qəsəbəsindəki Qaraçay və Dəstəmaz çaylarının yaxınlığına tullantıların atıldığı və qanunvericiliyə uyğun idarə edilmədiyi aşkarlanıb.
Tullantıların idarə olunmasına cavabdeh Vəndam bələdiyyəsinin sədri Asif Həşimov barəsində protokol tərtib olunub və o, 2000 manat məbləğində cərimə edilib.
Ərazinin qısa vaxt ərzində tullantılardan təmizlənməsi və gələcəkdə belə hallara yol verilməməsi məqsədilə bələdiyyə sədrinə icrası məcburi olan “məcburi göstəriş” verilib.
Hazırda Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşlarının nəzarəti altında ərazi tullantılardan təmizlənir.