-
- 27-04-2020, 12:50
- 875
Tullantıları su kanalına atan vəzifəli şəxs CƏRİMƏLƏNDİ
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Beyləqan rayonu, Birinci Şahsevən kəndində məişət tullantılarının qalaqlanması ilə bağlı daxil olan şikayət yerində araşdırılıb.
Nazirlikdən News24.az-a a verilən məlumata görə, araşdırma zamanı ərazidə fəaliyyət göstərən “MKT İK” MMC-nin Beyləqan filialı tərəfindən pambıq emalı zamanı formalaşan istehsalat və məişət tullantılarının su kanalına atıldığı məlum olub.
Faktla bağlı filialın direktoru Rəşid Məmmədov barəsində protokol tərtib olunub və o, vəzifəli şəxs qismində 2 500 manat məbləğində cərimə edilib.
Ərazinin qısa vaxt ərzində tullantılardan təmizlənməsi, müəssisədə formalaşan tullantıların qanunvericiliyə uyğun idarə olunması və gələcəkdə belə hallara yol verilməməsi məqsədilə filialın direktoruna icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.