Millimizin baş məqçisi yoxlama oyununu izləyəcək
    • 10-08-2020, 16:54
    • 1 199

Millimizin baş məqçisi yoxlama oyununu izləyəcək

Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi bu gün Bakıya gəlib.

News24.az xəbər verir ki, baş məşqçi bu gün “Əlincə Arena”da keçiriləcək “Sabah” -  “Qəbələ” yoxlama oyununu stadionda izləyəcək.
Canni De Byazi COVİD-19 testi verib və testin nəticəsinin neqativ olması barədə müvafiq sənəd mövcuddur.
Baş məşqçi oyunu sosial məsafənin qorunması qaydalarına riayət etməklə izləyəcək və heç kimlə ünsiyyətdə olmayacaq.