-
- 11-08-2020, 12:08
- 568
Serbiya baş nazirinin müavini Bakıda jurnalistlərə açıqlama verdi
"İki strateji tərəfdaş olan Serbiya və Azərbaycan arasında güclü dostluq münasibətləri mövcuddur".
News24.az xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan Serbiyanın Baş nazirinin müavini, Milli Təhlükəsizlik Şurasının katibi və Daxili işlər naziri Neboyşa Stefanoviç jurnalistlərə açıqlamasında deyib.
"Mən inanıram ki, bu səfər və görüşlər vasitəsilə biz daha yüksək səviyyəli əməkdaşlığa nail olacağıq. Bizim məqsədimiz yalnız təhlükəsizlik sahəsində deyil, digər sahələrdə də əməkdaşlığı gücləndirməkdir. Eyni zamanda bugünki görüş biz təhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə etdik və həssas informasilayarın mübadiləsi, terrorizmlə mübarizə və digər mühüm istiqamətlər üzrə əməkdaşlığı genişləndrmək barədə razılığa gəldik. Eyni zamanda biz iqtisadi sahədə əməkdaşlıq sahəsində dəmüzakirələr apardıq və hesab edirik bu sahədə əməkdaşlıq daha da dərinləşdirilə bilər. İki ölkə prezidentləri, hökumətləri və xalqları arasında həqiqi dostluq münasibətləri iqtisadi sahədə də əks oluna bilər. Biz Serbiyada fəaliyyət göstərən Azərbaycan şirkətlərinin fəaliyyətindən çox məmmunuq, onlar çox səmərəli fəaliyyət göstərirlər. Biz inanırıq ki, bu əməkdaşlıq daha da genişlənə bilər və bunun üçün böyük potensial var. Bu əməkdaşlıq hər iki tərəf üçün faydalı ola bilər. İnanıram ki, bu əməkdaşlıq gələcəkdə iki ölkəni daha da yaxınlaşdıracaq"-deyə, Baş nazirin müavini əlavə edib.