Gəncədə avtomobillə motosiklet toqquşub, xəsarət alanlar var
    • 11-08-2020, 16:25
    • 773

Gəncədə avtomobillə motosiklet toqquşub, xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

News24.az-ın məlumatına görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan "VAZ 2106" markalı minik  maşını ilə motosiklet toqquşub. Qəza zamanı motosikletin sürücüsü və sərnişini xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.