-
- 12-08-2020, 12:32
- 525
Salyanda narkotik tərkibli bitkilər əkən şəxs saxlanılıb
Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən şəxs saxlanılıb.
DİN-in Mətbuat xidmətindən News24.az-a bildirilib ki, daxil olmuş məlumat əsasında keçirilən tədbir nəticəsində rayonun Kürqaraqaşlı kəndi sakini Bünyad Zayıdov yaşadığı evin həyətyanı sahəsində kultivasiya yolu ilə narkotik tərkibli bitkilər əkib-becərdiyi məlum olub.
Polis əməkdaşları tərəfindən ekspertlərin iştirakı ilə həmin evin həyərinə baxış zamanı Bünyad Zayıdov tərəfindən əkilən 46 ədəd narkotik xassəli bitki sayılan çətənə kolu aşkar edilərək götürülüb. Saxlanılan şəxs ifadəsində narkotik tərkibli bitkiləri bir müddət əvvəl əkdiyini və xüsusi qulluq etdiyini etiraf edib.
Faktla bağlı Salyan Rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.