-
- 13-08-2020, 10:15
- 2 215
Qadınların ailədaxili şiddətə SUSMA SƏBƏBİ: “CƏMİYYƏT GÜNAHKARDIR” – SENSASİON AÇIQLAMA
“Boşanan qadınlara olan kinayəli baxış boşanmamaq xətrinə dözən qadınlara qarşı şiddəti artırır. Yəni qadınlar cəmiyyətin təzyiqinə məruz qalmamaq xətrinə ailədaxili təzyiqə məruz qalırlar”.
Bunu News24.az-a açıqlamasında qadınlara qarşı zorakılıq hallarının və artım tempinin səbəblərini analiz edən psixoloq Orxan Oruc deyib.
Psixoloq vurğulayıb ki son zamanlar qadınlara qarşı zorakılıq hallarının artmasının bir sıra səbəbləri var: “Bunlardan ən əsası insanların evlərdə oturması – yəni karantin prosesidir. İnsanlar onsuz da gərgin idi. Onların qapalı mühitdə məhdudiyyətlərlə yaşaması zorakılıq hallarını üzə çıxararaq, artırdı. Çünki insanlar birgə olduqları zaman daha çox vaxt keçirirlər. Belə olan halda müəyyən iqtisadi və sosial problemlərin stressi həmin enerjini təzyiqə, zorakılığa deformasiya edə bilir.
Pandemiya dönəmində insanlarda təşviş, həyəcan pozuntuları da ön plana çıxdı. Ailədə eyni insanlarla vaxtın keçirilməsi hansısa münaqişələri qaçınılmaz edib. Bəzən də bu münaqişə fiziki aqressiyaya gətirib, çıxara bilir. Bu aqressiyaların ağır nəticələri mətbuata sızdıqdan sonra bizə məlum olur. Yəni cinayətlə nəticələndikdən sonra xəbərimiz olur. Amma gündəlik ciddi bir tədqiqat, araşdırma aparılsa, yəqin ki çox da ağır nəticələri olmayan hansısa fizioloji və psxiloji zorakılıqlara da şahid olarıq”.
O.Oruc hesab edir ki, zorakılığa meyilli olan şəxslərin bir çoxunun psixologiyasında ciddi travmalar və zədələr olur: “Dünyanın inkişaf səviyyəsi gətirib, o yerə çıxarıb ki, insanlar öz aqressiyalarını, daxili gərginliklərini ünsiyyətlə, empatiya qurmaqla, anlayış çərçivəsində ifadə edib, ortaq bir nöqtəyə gələ bilirlər. Amma şiddətə əl atan insanların daxili aqressiya səviyyəsi daha qabarıqdır. Bu cür insanlarda izahetmə və qarşı tərəfi anlamaqla bağlı çətinliklər mövcuddur. Ziqmund Freydin ironiyalı bir ifadəsi var ki, məlum mövzuya tam uyğundur. O deyirdi ki, “daş atmaq əvəzinə söyüş söyməyə başlayan insan mədəniyyətin qurucusudur”. Yəni insan öz daxili hisslərini, emosiyalarını fiziki zərbə ilə yox, hər hansısa bir söyüş və ya qarğışla ifadə edir. Amma konkret desək ki, fiziki xəsarət və zorakılıq göstərən insanın psixologiyasında problem var, bu da doğru olmaz. Bu, mentalitetdən, bölgədən, ölkədən-ölkəyə dəyişir.
Bəzi inkişaf etmiş ölkələrdə bu cür zorakılıq halları ağlasığmaz bir addımdır. Amma elə ölkələr də var ki, cinayətlər, zorakılıq halları adi bir norma kimi qəbul edilir. Kişinin bir davranış xüsusiyyəti kimi anlaşılır. Yəni cinayətkərin psixologiyasında olan problemdən əlavə mental dəyərlər də bu cinayətlərə səbəb ola bilər. Yəni, uşaq öz ailəsində görür ki, ata ananı döyür, söyür amma nəticədə boşanma kimi addımlar atılmır. Bu, adi davranış qaydaları kimi şüuraltına oturur. Həmin uşaqlar isə böyüyüb, müəyyən yaşa çatdıqdan sonra daxillərindəki həmin “kişi” obrazı üzə çıxır. Yəni “kişinin yumruğu stolun üzərində olar, kişi əsəbi, aqressiyalı olar” və s. Bizim hansısa mental dəyərlərimiz var ki, qeyd etdiyim nüansları normaya çevirir. Psixologiyada psixi problem o vaxt deyə bilirik ki, bu, normadan kənar olsun. Amma bizim davranışlarımızın kökündə norma kimi qəbul etdiyimiz hansısa obraz və fiqurlar var”.
Psixoloq problemin çıxış yolllarını belə izah edib: “Ailədaxili münasibətlərin dügzün tənzimlənməsi, cinayətlərin azalması kimi məsələlərin həlli yoluna konkret bir nümunə deyə bilmərik. Burada uzun illərin sınağından keçmiş kompleks tədbirlər gərəklidir. Uşaqlara bağça yaşından bu məsələlərlə bağlı təbliğat, maarifləndirmə aparmaqdan tutmuş, məktəbdə fiziki şiddətin, psixoloji zorakılığın hansı fəsadlara yol açması, yaxud da insanların öz hüquqlarını bilməsi ilə bağlı məsələlərə qədər qeyd edə bilərik. Çox vaxt fiziki zorakılığa məruz qalan şəxsin özü buna şərait yaradır. Bəzən hətta xanımların bundan xoşu belə gəlir ki, kişi məni qısqanır. Onlar bildirir ki, qarşı tərəf öz atalarını xatırladır.
Bir sıra serialların da təhtəlşüurda iz qoyduğunu qeyd etməliyik. Bizdə daha çox türk seriallarına baxıldığını nəzərə alsaq, onlar da bizimlə aşağı-yuxarı cəmiyyət olaraq eynidir. Yəni mental məsələlərdə böyük bir fərqimiz yoxdur. Ümumən deyə bilərik ki, maariflənmə prosesi yüksəlməlidir. Vətəndaşlar bilməlidir ki, hansı hallarda onların zorakılığa məruz qalması hüquq pozuntusu sayılır. Zorakılığa məruz qalındığı halda, müraciət ediləcək yer haqqında müəyyən fikir olmalıdır. Bzim ölkədə də bu məsələlərlə bağlı işləyən QHT-lər, qadın və uşaq sığınacaqları, hüuqların qorunması ilə bağlı müəyyən qaynar xəttlər var. Onlara müraciət etmək olar. Bundan əlavə, bizim cəmiyyətdə boşanma ilə bağlı müəyyən bir setereotip var. Boşanan qadınlara qarşı kinayəli baxış boşanmamaq xətrinə dözən qadınlara qarşı şiddəti artırır. Yəni cəmiyyətin təzyiqinə məruz qalmamaq xətrinə ailədaxili təzyiqə məruz qalır. Qeyd etdiyimiz məsələlərin vaxtında icrası, aparılan maariflənmə və təbliğatla bağlı proseslər cinayətləri minimuma endirə bilər”.
Məhərrəm Əliyev