Azərbaycan nefti yenidən bahalaşıb
    • 13-08-2020, 11:16
    • 1 383

Azərbaycan nefti yenidən bahalaşıb

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,19 ABŞ dolları, yaxud 0,42% artıb.

News24.az
xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 45,75 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin ən aşağı qiyməti 2020-ci ilin aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.