Tokioda 2 gündə İSTİDƏN 14 NƏFƏR ÖLDÜ
    • 14-08-2020, 10:45
    • 453

Tokioda 2 gündə İSTİDƏN 14 NƏFƏR ÖLDÜ

11,12 avqust tarixlərində Tokioda müşahidə olunan istili hava şəraiti nəticəsində 14 nəfər ölüb.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, 35 dərəcədən yuxarı olan istilər nəticəsində ölənlərin əsasən yaşlı insanlar olduğu bildirilib.

Ölənlər arasında 50 yaşdan 90 yaşa qədər olan xəstələr var. Onlardan 13-ü evdə, yəni birbaşa günəş işığının düşmədiyi məkanda aşkarlanıb.

Həmçinin günvurmadan vəfat edən 8 nəfərin evində kondisionerin işlədiyi məlum olub.

Qeyd edək ki, avqustun cəmi iki həftəsində Tokioda istidən 26 nəfər ölüb.