Rusiyada hazırlanan peyvəndlə bağlı hazırda hansısa addımlar atmağı düşünmürük - TƏBİB
    • 15-08-2020, 11:46
    • 844

Rusiyada hazırlanan peyvəndlə bağlı hazırda hansısa addımlar atmağı düşünmürük - TƏBİB

"Hər bir peyvəndin tətbiqi məsələlərini diqqətlə izləyirik. Peyvənd istifadə edilməzdən əvvəl 3 mərhələdən keçməlidir. Rusiyada hazırlanan peyvəndin tətbiqi ilə bağlı hazırda hansısa addımlar atmağı düşünmürük. Beynəlxalq təşkilatlar təsdiqlədiyi təqdirdə biz də bu peyvəndləri alıb, istifadə edə bilərik". 

News24.az xəbər verir ki, bunu TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.