500 min manat dövlət kreditlərinin verilməsi nəzərdə tutulur
    • 15-08-2020, 12:07
    • 587

500 min manat dövlət kreditlərinin verilməsi nəzərdə tutulur

"Maliyyə dəstəyinin göstərilməsi zamanı həssas kateqoriya nəzərə alınır.  30 iyun tarixindən işə düşmüş rəqəmsal kredit şöbəsi mövcuddur. Burada 500 min manat dövlət kreditlərinin verilməsi nəzərdə tutulur. Artıq 19 milyon manata qədər kreditin verilməsi prosesi icra edilib". 

News24.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Mustafayeva Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.