Bakıda 50 min manatlıq OĞURLUQ edilib
    • 15-08-2020, 14:19
    • 1 068

Bakıda 50 min manatlıq OĞURLUQ edilib

Bakıda oğurluğa görə tutulan şəxsin digər cinayətləri də ortaya çıxıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsinin əməkdaşları tərəfindən oğurluq etdiyinə görə tutulmuş S.İsmayılovun ətrafında əməliyyat tədbirləri keçirilib.

Onun paytaxtın Yasamal və Binəqədi rayonları ərazilərində 8 evdən ümumilikdə 15 850 manat, 10 000 ABŞ dolları və 15 500 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilib.